Qarabağ münaqişəsinin həllində milli-etnik qruplar, icmalar hansı rol oynaya bilər?
25 Oktyabr 2010 11:25
Münaqişənin həllində plan A-dan plan B-yə keçilməli
Dünyada cürbəcür insan hüquqlarını qoruyan qurumlar var. Həmən qurumların çoxu Qarabağda yaşayan ermənilərin hüququnu qorumaq istəyirlər. Buna etiraz etmirik. Ancaq bircə Qarabağda yaşayan ermənilərin hüququnu belə şişirtmək haqsızlıqdır.
Rusiyada dünya ruslarının hüququnu qoruyan bir qurum var. Onlar gündəlik işə gəlir, aylıq maaş alır. Yaxşı bəs niyə həmən qurum və yaxud elə Rusiya höküməti Azərbaycanda yaşayan rusların hüququnu qorumurlar. Axı burada yaşayan ruslar da Qarabağın turizmindən istifadə etmək istəyirlər. Onlar da Azərbaycan vətəndaşıdırlar. Qarabağın iqtisadi resurslarından gələn gəlirlər hesabına öz məvaciblərində, pensiyalarında və digər sosial imtiyazlarında yüksəliş görmək istəyirlər. Necə ki, neftdən gələn gəlirlərin xeyri kimi. Elə bilməyin ki, biz yalnız işin mənfəətli tərəflərini güdürük. Bu, ən xoş arzularımız, ən təbii istəklərimizdir. Amma məsələnin bədbin tərəfi də var. Əgər müharibə başlayarsa, digər millətlərin nümayəndələrinin, o cümlədən də rusların övladları yaralana və ya öldürülə bilərlər - birinci Qarabağ müharibəsində olduğu kimi. Bəs o zaman bu milli etniklərin hüququnu kim qorumalıdır?
Azərbaycan dövləti təbii ki, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşına sahib çıxır, hüquqlarını qoruyur və s. Amma Azərbaycan, ərazisinin işğalı ilə əlaqədar müharibəyə təhrik edilib. Bəli, ifadələr dəqiq seçilməlidir - Azərbaycan müharibə etməyib, məcburən müharibəyə təhrik olunub. Torpaqlarımızın işğaldan azad edilməsi isə artıq hər bir vətəndaşın ümummilli məsələsinə çevrilib və milli mənsubiyyətindən asılı olmayaraq heç kim, heç bir vətəndaşımız bu işdə yaxasını kənara çəkə bilməz və çəkməməlidir. Elə isə dediyimiz qonşu ölkələr buyurub öz soydaşlarını ümumilli problemlərində onları dəstəkləsinlər.
Bu məsələ təkcə ruslara deyil, Azərbaycanda yaşayan digər millətlərin nümayəndələrinə də ail edilir.
Qarabağda yaşayan ermənilərin hüquqları bütövlükdə Azərbaycanda yaşayan 50-ə yaxın millət və etnik qrupdan artıqdırmı?
Bakıda deyilənə görə 30 minə yaxın erməni yaşayır. Onlar araya çıxmır və alnıaçıq Bakıda gəzə bilmirlər. Ona görə yox ki, qorxurlar. Qorxsaydılar köçüb gedərdilər. Ona görə ki, onların qardaşlarının, qohumlarının əlləri Azərbaycanda yaşayan türkün, kürdün, ləzginin, avarın, rusun, ukraynalının, hətta yəhudilərin də qanına batıb. Onlar xəcalət çəkirlər. Bəs niyə dünyanın hüquqsevərləri Bakı ermənilərinin mənəvi hüququnu qorumurlar? Axı onlar əvvəlki kimi Bakıda alnıaçıq gəzmək istəyirlər. Onlar da Qarabağ məsələsinin ədalətli həllini istəyirlər - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Bunu onlardan da soruşa bilərlər. "Öz müqəddəratını təyin etmək hüququ"nu əldə bayraq edənlər niyə Bakıda yaşayan yüzlərlə ermənidən soruşmurlar ki, onlar öz müqəddəratını necə görmək istəyirlər?
Ermənistanda yaşayan ermənilərin hüququ niyə qorunmur?
Axı separatçı rejim sülh yürüşü keçirənlərə atəş açmağı əmr etdi. Ölənlər, yaralananlar və tutulanlar oldu. Deyilənə görə 10-15 adam öldü. Bu, dəqiq atəş olsaydı, onda o rejimə bəraət qazandırmaq olardı. Deyərdilər ki, dəqiq atəş ilə cinayətkarları zərərsizləşdirdik. Halbuki o rejim kütləyə atəş açmağı əmr etdi. Ölənlər sadəcə, lotereyada olduğu kimi, kimin bəxtinə düşdüsə, o da ölüm biletini qazandı. Demək ki, bütün mitinqçilərə ölüm hökmü verildi.
Hüquq müdafiəçiləri niyə ancaq Qarabağda yaşayan ermənilərin hüququnun qorunmasında canfəşanlıq edirlər? Yoxsa elə bilirlər Ermənistanda yaşayan ermənilərin hüquqları pozulmur? Sarkisyan rejimi öz xalqına hansı günü ağlayıb ki, əhali ölkəni tərk etməkdə davam edir?! Olmaya bəlkə Qarabağda yaşayan ermənilərə toxunulmazlıq statusu və ya "nə istəyirlər, edə bilərlər" qrinkartı verilib? Elə isə onlara verilən hüququ sənəd şəklində göstərin görək, göstərə bilərsinizmi? Lap olsa da, onda sübut edin ki, bu hansı etalonla ölçülür. Ümumiyyətlə, belə hüquqi meyar varmı?
Elə isə plan "B"-ə keçid
Xəzərlilərin şah gedişi:
Burada yaşayan rus cəmiyyəti rus hökümətinə müraciət edirlər:
"Biz rusların hüququ bir qrup separatçı ermənilər tərəfindən pozulur. Bu məsələ sülh yolu ilə həll olunmazsa, onda müharibə qaçınılmazdır. Biz də bir vətəndaş olaraq, haqqı bərpa etmək üçün müharibəyə gedəcəyik. Necə ki, Azərbaycanlılar bir vətən olan SSRİ-də biz ruslarla faşistlərə qarşı vətəni qorumağa getmişlər. İndi biz də Azərbaycan vətəndaşı olduğumuz üçün öz borcumuzu yerinə yetirməliyik. O vaxt rus höküməti haqq-hüququmuzu qorumasa, erməni separatçı rejimini dəstəkləsə, o vaxt bizim Rusiya vətəndaşlarına müraciət etməkdən başqa bir çıxışımız qalmayacaq. Onda görək hökümət vətəndaşsız nə deməkdir".
Bu cür çıxışlarla Azərbaycanda yaşayan digər millətlər də çıxış etməlidirlər. Öz qardaş millətlərinin hökümətlərinə.
Etnik qruplar BMT-yə müraciətlə: 50-ə yaxın millət və etnik qrupların (Bakı erməniləri daxil olmaqla) hüquqları altmış minlik Qarabağda yaşayan ermənilər və separatçı Ermənistan rejimi tərəfindən pozulur ( Hərçənd deyirlər altmış minlik erməni, bir neçə minlik (başçıları) separatçıları çıxmaqla artıq o şəraitdə yaşamaqdan beziblər. Onlar da Azərbaycanlılarla sülh şəraitində yaşamaq istəyirlər.
Bu, sadəcə bir görüntü xatirinə nə bizə, nə də bir başqasına lazım deyil, bizim müraciətlərimiz, təşəbbüslərimiz davamlı, ardı-arası kəsilmədən, israrlı mübarizəyə çevrilməlidir. Ta ki, niyyətimiz bizi mənzilimizə çatdırana qədər...
Əgər BMT bizim hüququmuz qorumaq iqtidarında deyilsə, onda hörmətli Ban Ki Munun istefasını tələb etmək lazımdır. Qoy gedib bir məhəllənin ağsaqqalı olsun. O, bu işin öhdəsindən gələ bilmədi. İşçiləri isə dünyada meşə yanğınlarının yerində hərəyə bir neçə ağac əkməklə bir işə yaramış olsunlar. Biz isə dünyada yaşayan qardaşlarımıza müraciət edib, onların köməyi ilə öz haqq-hüququmuzu qorumaq məcburiyyətində qalacağıq.
Əmirxan
Milli.Az