Yer kürəsi sakinlərinin şəxsi varidatı təxminən 200 trilyon dollara bərabədir

12 Oktyabr 2010 06:19
Yer kürəsi sakinlərinin şəxsi varidatı təxminən 200 trilyon dollara bərabədir. "Credit Suisse Research Institute"nin himayəsi altında hazırlanan məruzədə bildirilib ki, son on ildə hər bir fərdin varidatı 72 faiz artıb. Əgər dollar zəifləməsəydi, həmin rəqəm 24 faizə bərabər olacaqdı.

2000-ci ildən bəri dünyanın hər bir yaşlı sakini orta hesabla 43 faiz varlanıb və 43 min 800 dollar aktivlərə sahibdir. Yaşlılar arasında borclar isə 80 faiz artaraq 8 400 dollara çatıb.

Ötən son onillikdə Avstraliya, Çin, Yeni Zelandiya, Polşa və Rumıniya sakinləri üçqat varlanıblar.
Rusiya və İndoneziya əhalisi isə təxminən 5 dəfə çox varidat sahibi olub. Buna rəğmən Argentina və İslandiyada yaşayanlar 30 faiz yoxsullaşıblar. Yaponların isə rifah halı dəyişməz qalıb.

ABŞ sakinləri dünya sərvətinin təxminən üçdəbirinə (55 trilyon dollar) sahibdirlər. Lakin orta hesabla ən varlı adamlar avstraliyalılardır. Orta statistik amerikalı və avstraliyalının varidatı müvafiq surətdə 236 min 200 dollara və 320 min 900 dollara bərabərdir.

Bu piramidanın ortasında ümumən 32 trilyon dollara sahib olan qlobal orta sinif durur. Çinlilər orta təbəqənin üçdəbirini təşkil edirlər. Piramidanın zirvəsində isə hər bir adama 100 min dollardan çox varidat düşən ABŞ, Kanada, Qərbi Avropa, Yaponiya və Avstraliya sakinləri qərarlaşıblar.

/AzərTAc/