Azərbaycan ərazisində yaxın iki gündə qarlı, şaxtalı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq - YENİLƏNİB

12 Dekabr 2013 13:28

Sabah Azərbaycan ərazisində yağıntılı, şaxtalı hava şəraiti davam edəcək

13:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin, əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.
 

Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında dekabrın 13-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yollar buz bağlayacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.
 

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında soyuq, qeyri-sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.


----------
12:02


Sabah Azərbaycan ərazisində yağıntılı, şaxtalı hava şəraiti davam edəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 12-dən 13-nə keçən gecə Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə şaxta proqnozlaşırılır, yollar buz bağlayacaq.

Bakıda və Abşeron yarımadasında dekabrın 13-də günorta saatlarında küləyin sürəti nisbətən zəifləyəcək. Lakin yağıntılar davam edəcək, yağıntılar arabir sulu qar və qara keçəcək.

Azərbaycanın rayonlarında yağıntılı, şaxtalı hava şəraiti sabah da davam edəcək. Azərbaycanın rayonlarında da yağıntı sulu qar və qara keçəcək.

Dekabrın 13-də gecə Aran rayonlarında 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə gecə 15-20, yüksək dağlıq ərazilərdə isə 23 dərəcəyədək şaxta proqnozlaşdırılır.

Milli.Az