Bu fikirləri APA TV-də yayımlanan "Bunker" verilişinin qonağı rəqqasə Oksana Rəsulova deyib. O, uşaqlıqdan rəqsə marağı olduğunu deyib: "Uşaqlıqdan hind rəqslərinə meylli olmuşam. Hind rəqslərini Rusiyada yaşadığım müddətdə özüm öyrənmişəm. Sonra vətənimə qayıtdım. Orta və ali təhsilimi Rusiyada almışam. Azərbaycana gələndə şəxsi həyatımla bağlı problemlərim vardı. Mən hər şeydən uzaq olmaq istədim. Kimisə silmək, unutmaq üçün məkanı dəyişməyin böyük əhəmiyyəti var."Rəqqasəlik mənə daha yaxındır. Amma ixtisasım həkim olduğu üçün iynə vurmağı da bacarıram. Rəqiblərim mənə iynə vura bilməzlər"