"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb - FOTO
11 Dekabr 2013 10:57
Dekabrın 11-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Qəzetin yeni sayında oxucular ATƏT-in Bakı ofisinin rəhbərinin Azərbaycandakı beynəlxalq standartları müsbət qiymətləndirməsi, SOCAR və Rosneft-in Bakı-Novorossiysk boru kəməri vasitəsilə qaz nəqli məsələsinin müzakirəsi, Trans Anadolu qaz kəməri (TANAP) layihəsində Türkiyənin payının artırılmasının mümkünlüyü, Dağlıq Qarabağ münaqişəsinin həllinin Aİ-nin xarici siyasətinin əsas prioriteti olaraq qalması, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısının genişlənməsi, Yeni İli Bakı səmasında keçirmək üçün inanılmaz imkan və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.
Böyütmək üçün şəkilə klikləyin.
