Mətbəx sirləri: Bulkada jülyen - FOTO
11 Dekabr 2013 07:00
Milli.Az eda.ru-ya istinadən bulkada jülyen hazırlamağın qaydasını təqdim edir
Adi, orijinal jülyenin hazırlanma qaydasından əvvəllər bəhs etmişdik. Yeni ildə masaya orijinal təamlar düzmək istəyənlər üçün daha bir variantı - bulkada toyuqlu jülyeni - təqdim edirik.
Tərkibi:
300 q toyuq filesi
200 q təzə şampinyon
1 baş soğan
300 q xama
50 q kərə yağı
1 x.q. un
duz
qara istiot
1 dəstə şüyüd
200 q pendir
4 ədəd hamburger üçün bulka
Bulkaları hazırlayın: üstünü qapaq kimi kəsib, içini çıxarın.

Bitki yağında xırda kubik doğranmış soğanı, lay-lay doğranmış göbələyi qovurun. Tavanın qapağını örtüb göbələklər yumşalıncayadək bişirin. Yumşaldıqdan sonra tavanın qapağını açın, suyu quruduqdan sonra duz, istiot vurun. İstəyə görə şüyüd də əlavə edə bilərsiniz.

Toyuq filesini kubik doğrayıb ayrıca qovurun. Duz, istiot vurun.

Toyuğu göbələklə birləşdirin, un qatın, qarışdırın, xama əlavə edin, azca su əlavə edin ki, sous bir qədər duru olsun.

Bu qarışığı bulkaların içinə doldurun, üzərinə pendiri sürtgəcdən keçirin, 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.


Nuş olsun!
Milli.Az