"Kurtlar vadisi pusu"da qəfil yenilik

10 Dekabr 2013 20:54
Türkiyənin ATV telekanalında nümayiş olunan "Kurtlar vadisi pusu" və "Ben onu çok sevdim" seriallarında aktyor transferi olub.


Milli.Az AHT-yə istinadən bildirir ki, "Ben onu çok sevdim" teleserialında baş rollardan biri, Adnan Menderesin adamı "Hasan bey" obrazını canlandıran aktyor Burak Sevinc "Kurtlar vadisi pusu"ya keçib.


"Kurtlar vadisi pusu"da "Erkan" rolunu oynayan İsmayıl Demirçi isə "Ben onu çok sevdim"ə yollanıb. Demirçi yeni serialında Adnan Menderesin vəkili Talat Asal rolunu oynayacaq.


Sevinc "Kurtlar vadisi pusu"da Polat Alemdarın adamı "Timur" olacaq.

Milli.Az