Motorola yeni smartfon yaradır

10 Dekabr 2013 19:42
"Google" internet-axtarış sisteminə məxsus "Motorola" şirkəti "Ara" layihəsi çərçivəsində ilk modulyar telefon prototipinin buraxılışına çox yaxındır. Bu haqda "Google Hangouts" üzrə Markesu Braunliyə müsahibə vermiş internet nəhənginin baş direktoru Dennis Vudsayd deyib. O, həmçinin işarə edib ki, hazır məhsul "Moto Maker" saytı vasitəsilə satılacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Vudsayd qurğunun reliz tarixini açıqlamayıb.

"Motorola" şirkəti oktyabrda modulyar telefonlar üçün açıq aparat platformasını ("Project Ara") təqdim edib. Konstruktor prinsipi üzrə yığılan qurğuya malik olan istifadəçilər onun texniki imkanlarını idarə edə biləcəklər. "Ara" layihəsi iki hissədən ibarətdir: endoskelet (daxili karkas) və modullar dəsti. Telefonun daxili karkasına prosessor, ekran, klaviatura və ya əlavə akkumulyator quraşdırmaq olar.

Milli.Az