Lexus "qaynar" modeldən xəbər verdi

10 Dekabr 2013 20:14
Lexus şirkəti sadəcə bir tizerlə müşayiət edilmiş yeni qaynar F-modelin qısa elanını açıqlayıb. Yeni model gələn ilin əvvəlində Detroyt avtosalonunda göstəriləcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobil haqqında heç bir konkret informasiya açıqlanmır, amma hələ yayda məlum idi ki, Şimali Amerika beynəlxalq avtosalonunda Lexus RC F qaynar kupenin premyerası olacaq.

İlkin məlumatlara görə, Lexus RC F aktiv antiqanadlı karbon kuzov, Michelin şinləri geydirilmiş yüngül lehimli BBS diskləri, Brembo əyləcləri, 460-güclü 5,0-litrlik V8 mühərrik və səkkiz diapazonlu avtomat ötürücü qutu əldə edəcək.

Milli.Az