APA-nın xəbərinə görə, nazirliyin rəsmi internet saytında yerləşdirilən məlumatda 1998-2013-cü illər ərzində nazirlikdən pulsuz avtomobil alan vətəndaşların siyahısı, əlillərin minik avtomobilləri ilə təminatı, pulsuz avtomaşın almaq üçün növbədə dayanmış Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin siyahısı, Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan əlillərin növbəlilik siyahısı öz əksini tapıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda nazirlik xətti ilə avtomobil alanların və növbədə duranların siyahısını açıqlayıb