Onlar sosial şəbəkələrə laqeyddirlər

10 Dekabr 2013 22:47

Nəhəng şirkətlərin baş direktorlarının yalnız 30 faizi sosial şəbəkələrdən istifadə edir

Augure şirkəti mütəxəssislərinin hesablamalarına əsasən, səhmləri NASDAQ birjasında hərraca çıxarılan yüz nəhəng şirkət baş direktorunun yalnız 30 faizi sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Stiv Balmer (Microsoft), Ceff Bezos (Amazon), Con Çembers (Cisco) kimi məşhur şirkət rəhbərlərinin populyar şəbəkələrdə səhifələri yoxdur. Lakin digər İT şirkət rəhbərləri bu imkandan yararlanaraq özlərinə səhifə açıblar. Məsələn, Apple şirkətinin direktoru Tim Kuk bu yaxınlarda Twitter mikrobloqlar servisində yazışmağa başlayıb və artıq 327 min oxucu toplamağa nail olub. Bundan başqa, Tesla Motors və SpaceX mikrobloqlarının direktoru Elon Muskanın oxucularının sayı 500 minə yaxınlaşıb, Yahoo! direktoru Marissa Mayerin izləyici sayı isə 474 mini ötüb. Onların Facebook şəbəkəsində də səhifələri var. Facebook rəhbəri Mark Sukerberq də öz sosial şəbəkəsində səhifəyə malikdir, Twitter-də isə onun 291 min oxucusu var. Dell şirkətinin baş direktoru Maykl Dellin Twitter-də 566 min oxucusu, LinkedIn şəbəkəsində 500-dən çox əlaqədə olduğu şəxs yer alıb.

Şirkət rəhbərlərinin sosial şəbəkələrdə fəallığının zəifliyi ilk növbədə informasiyanın açıqlanmasına dair qanunun pozulmasından və ya istifadəçilərə təhqiramiz cavab verməkdən ehtiyat etməklə izah olunur.

Milli.Az