Lexus super maşın hazırlayır

9 Dekabr 2013 22:39
Bir il əvvəl istehsaldan çıxardılmış Lexus LFA super avtomobilin varisi olacaq. Yapon şirkətinin mühəndisi Xaruxiko Tanaxaşi Autocar nəşrinə müsahibədə işarə edib ki, bu model artıq hazırlanmaqdadır. O həmçinin əminliyini ifadə edərək bildirib ki, Lexus konsept avtomobillərinin əksəriyyəti zamanla seriya versiyalarına qovuşacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Tanaxaşinin sözlərinə görə, yeni model Lexus model sırasının ən yuxarısında, RC kupesindən də yuxarı yerləşəcək, amma öz sələfi LFA-dan daha ucuz olacaq. Onun əsasında iki versiyası keçən il Detroyt və Sidney avtosalonlarında təqdim edilmiş LF-LC konsepti duracaq.

Bu yay məlumat yayıldı ki, yeni superkar artıq markanın azarkeşlərinə tanış olan SC adını və hibrid güc qurğusu əldə edəcək. Heç bir texniki təfərrüat açılmasa da son məlumatlara görə, maşın həqiqətən hibrid olacaq.
 

Milli.Az