Milli.Az UPİ-yə istinadən bildirir ki, üzərinə 419,99 yazılmış yeni nişan yol kənarına qoyulub.
Ştatın Nəqliyyat Departamentinin əməkdaşı Emi Fordun dediyinə görə, nişanın neçə dəfə oğurlandığını bilmir: "Lakin nişanın nəşəxorlar üçün cazibədarlığını azaltmaqla problemi həll etməyə çalışdıq".
"420" rəqəmi amerikalı nəşəxorların slenqində "nəşə çəkmək" mənasını verir.
Bundan başqa, "420" həm də aprelin 20-si mənasındadır. Koloradolu nəşəxorlar isə hər ilin aprelin 20-də bir araya gəlirlər.
Milli.Az