Seyid Yahya Bakuviyə həsr olunmuş simpozium keçirilib

8 Dekabr 2013 11:45

Növbəti seminar Şamaxı, Ağsudan sonra İsmayıllıda keçrilib.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, seminar Azerbaycan Respublikası Dini Qurumlar İşi üzrə dövlət komitəsi, Türkiyə Cumhuriyyəti Başbakanlık tanıtıma fondu, Avrasiya Beynalxalq Araşdırmalar İnistiutu, Qafqaz Unversteti, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirdə paytaxtdan və bölgələrdən olan MİRAS üzvləri, Rayon İcra Hakimiyyəti nümayəndələri, ziyalılar, gənclər də iştirak ediblər. Qafqaz Araşdırmaları İnistitutunun direktoru, fəlsəfə elmləri doktoru Mehmet Rıhtım Bakuvinin maraqlı həyat yolu və yaradıcılığı haqqında ətraflı məlumat verib. Tədbirdən sonra "Seyid Yəhya Şirvani və təsəvvüf" mövzusunda sənət müsabiqəsinin iştirakçılarının əl işləri sərgilənib. Sərgidə rəsm, foto, xəttatlıq və ebru sənətindən ibarət sərgi gələnlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, bu il Seyid Yahya Bakuvinin 550-ci ildönümü münasibəti ilə UNESKO 2013 ili "Seyid Yahya Bakuvi Şirvani" ili elan edib. İlin sonuna kimi Şəki, Zaqatala, Quba, Xaçmaz, Astara və Lənkəranda da seminar və sərgilərin keçirilməsi nəzərdə tutulur.

Milli.Az