Milli.Az ICTnews-a istinadən bildirir ki, Çin Milli Müəllif Hüquqlarının Qorunması Təşkilatının direktor müavini Yan Syaohunun bildirdiyinə görə, Windows XP üçün istənilən yenilənmənin olmaması kiberhücumların, eləcə də proqram təminatlarının pirat nüsxələrinin sayının artmasına səbəb olacaq.
Qeyd etmək lazımdır ki, ötən ay korporasiya Çin istifadəçiləri üçün Windows 8 sisteminin qiymətini 49 dollaradək azaldıb. Mütəxəssislər hesab edirlər ki, Microsoft bununla Windows XP-dən keçidi həvəsləndirmək niyyətində olub.
Buna baxmayaraq Windows XP hələ də dünya əməliyyat sistemi bazarının 3/1 hissəsini və Çin bazarının yarısını tutur.
Milli.Az