Milli.Az ICTnews-a istinadən bildirir ki, birja hərracının nəticəsinə görə dekabrın 4-də Microsoftun səhmlərinin qiyməti 1,6% artaraq 38,94 dollar olub ki, bu da 2000-ci ildə qeydə alınmış göstəriciyə çox yaxındır. O zaman bir səhmin qiyməti 39,25 dollar olub.
Proqram nəhənginin kotirovkası yeni baş direktorun təyin ediləcəyi haqqında şayiələrdən sonra qalxıb. Son məlumatlara əsasən, Stiv Balmerin varisinin adı 2013-cü ilin sonuna kimi məlum olacaq.
Ford şirkətinin direktoru Alan Mullali və Microsoft Cloud and Enterprise bölməsinin icraçı vitse-prezidenti Satya Nadella CEO vəzifəsinə namizəd hesab edilir.
Milli.Az