Məşhur müğənni Blackberry-yə kömək edəcəkmiş

7 Dekabr 2013 20:44
Qalmaqallı hərəkətləri və bəyanatları ilə tanınan kanadalı ifaçı Castin Biber texnologiya nəşrlərinin maraq dairəsinə düşüb.

Məlum olub ki, 6 il bundan əvvəl şirin səsli müğənni şirkətin süqutunu qabaqcadan görərək BlackBerry (o zaman Research In Motion) şirkətinə kömək təklif edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2001-2011-ci illərdə RIM şirkətində işləmiş biznesin inkişafı üzrə baş menecer Vinsent Vaşinqtonun sözlərinə görə Castin Biber smartfon istehsalçısına brendin səfiri olmağı təklif edib.

"Mənə 200 min dollar və 20 cihaz verin və mən sizin brendinizi reklam edəcəyəm", - Vaşinqton 2007-ci ildə pop-ulduz tərəfindən səsləndirilmiş sözləri yada salıb.

Vinsent Vaşinqtonun bütün cəhdlərinə baxmayaraq, BlackBerry şirkəti Biberin təklifini rədd edib. Müğənni demişdi ki, RIM şirkəti uzun müddət tab gətirməyəcək və onun proqnozu özünü doğruldub.

Milli.Az