Milli.Az Auto.az-a istinadən bildirir ki, bundan əlavə, "Saab"-ın loqotipindən qrifon yığışdırılıb. Bu simvoldan istifadəyə qoyulmuş qadağa isveç brendinin alınması üzrə sazışın şərti idi. Yenidən dirçəlmiş 9-3 modeli 220 a.g. verən 2-litrlik turbolaşdırılmış benzin mühərrik alıb. Sürət qutusu mexaniki və avtomat olacaq.
9-3-ün əsas satış bazarı Çin olacaq. Sedanı, həmçinin isveçlilər "Saab"-ın sahibi olan "National Electric Vehicle Sweden AB (NEVS)" şirkətindən sifariş edə biləcəklər. Sifarişi dekabrın 10-dan etmək mümkün olacaq.
Avtomobilin "mexanika" ilə qiyməti 279000 isveç kronu (təxminən 31400 avro), "avtomat" ilə isə 289000 krondur (təxminən 32500 avro). 2014-cü ilin yazından sedan 9-3-ün elektrik versiyası da buraxılmağa başlayacaq. Mühərrik barədə hələlik ətraflı məlumat yoxdur. İlk 200 avtomobil Çinə yola salınacaq.
Milli.Az