Milli.Az Auto.az-a istinadən bildirir ki, yolsuzluq avtomobilini təkcə yeni xarici görünüşlə deyil, həm də dizel üçün əlavə "atlarla" təchiz ediblər. Adında "Sport" sözü olan yolsuzluq avtomobili tünerlərin fikrincə elə idmançı kimi görünməlidir.
Buna görə də "Range Rover Sport"-u aerodinamik paketlə təchiz etdilər. Paketə təkmilləşdirilmiş hava çıxıntıları, işıqdiodları və s. olan təcavüzkar bamperlər, o cümlədən arxa diffuzor daxildir.
Yolsuzluq avtomobili 22-düymlük təkər diskləri və paslanmayan poladdan qaz buraxma sistemi alıb. Bundan əlavə "Startech" mütəxəssisləri idarəetmə blokunu pnevmoasma ilə yenidən tənzimləyiblər və indi "Range Rover Sport" yer səthinə 25 mm də yaxınlaşa bilir.
Güc aqreqatına gəldikdə isə zavod versiyasında 292 a.g. verən 3-litrlik dizel indi 325 a.g. verir. Fırlanma anı da 80 Nm artaraq 680 Nm-ə çatıb. Bütün əməliyyatlardan sonra Startech-dən "Range Rover Sport" 100 km/saata 6.9 saniyəyə çatır. Bu isə konveyerdən yenicə çıxarılmış yolsuzluq avtomobilindən 0.3 saniyə tezdir.
Milli.Az