Təqaüdçü qadının 5 milyonluq "Cip"ini oğurladılar
6 Dekabr 2013 17:31
75 yaşlı Moskva sakininin 5,5 milyon rubl (130 min 900 manat) dəyərində Range Rover markalı avtomobilini oğrulayıblar.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, maşının oğurlanması barədə bir iş adamı polisə şikayət edib. Onun sözlərinə görə, maşın ötən gecə Moskvanın Svoboda küçəsindən oğurlanıb.
Maşın 1938-ci il təvəllüdlü bir təqaüdçü qadının adında qeydiyyatda olub.
Şikayət edən şəxs isə maşını etibarnamə əsasında idarə edirmiş.
Milli.Az