Assancın öz informatoru ilə yazışması ortaya çıxdı
6 Dekabr 2013 17:46
WikiLeaks saytının təsisçisi Culian Assanc və onun əsas informatoru, ABŞ ordusunun keçmiş əsgəri Bredli Menninqin yazışması yayılıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, yazışmanın mətni documentcloud.org saytına yerləşdirilib.
Yazışmalar 2010-cu ilin mart ayına aiddir. Yazışma zamanı Assanc pressassociation ləqəbindən (nikname) istifadə edib. Menninq isə dawgnetwork adı ilə yazışıb. Yazışmalar Jabber çatı üzərindən aparılıb.
Assanc və informatoru məlumatların sızılmasından sonra nələrin baş verə biləcəyini müzakirə ediblər.
Milli.Az