Bu şirkət 1100 nəfəri işdən qovdu

5 Dekabr 2013 23:29
Hewlett-Packard (HP) şirkəti Böyük Britaniyada 1100 iş yerini ixtisara salıb və şirkətdə həyata keçirilən yenidənqurma prosesi fonunda vəziyyətini düzəltməyə davam edir.

HP heyətinin maraqlarını təmsil edən Unite işçilərin Həmkarlar İttifaqı deyib ki, şirkət heyətin ixtisar siyasətini uzunmüddətli perspektivdə həyata keçirmək niyyətindədir və Həmkarlar İttifaqı bu işdə acizdir. Həmçinin Həmkarlar İttifaqından bildirilib ki, ixtisar kampaniyası şəxsən HP-nin Amerika idarəetməsinin təşəbbüsüdür, buna görə də Avropa strukturları hansısa bir təsirli addım ata bilməz.

Milli.Az ICTnews-a istinadən bildirir ki, həmkarlar İttifaqının məlumatlarına əsasən, 2014-cü ilin əvvəlinə HP-nin üç Britaniya nümayəndəliyində 1124 iş yeri ixtisar edilməlidir. Unite-ın bəyanatına əsasən, Həmkarlar İttifaqı ixtisarı doğru hesab etmir, çünki HP-nin Britaniyadakı bölmələrində ixtisarlar artıq beş ildir keçirilir, bununla belə burada şirkətin güclü İT təhlilə malik ixtisaslaşdırılmış heyəti işləyir.

Milli.Az