Yeriyəndə smartfon işləməyəcək

5 Dekabr 2013 22:06

Yaponiyanın Docomo mobil operatorunun smartfonlar üçün hazırladığı xüsusi tətbiqi aktivləşdirdikdə aparatdan hərəkət zamanı istifadə mümkün olmur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu tətbiq GPS siqnalı qəbul edir və hərəkəti qeydə alır. Əgər insan hərəkət edən zaman smartfondan istifadə etmək istəyirsə, o zaman cihazın ekranına "bu təhlükəlidir" xəbərdarlığı çıxacaq.

Docomo mobil operatoru mütəxəssislərinin sözlərinə görə, onların yeni həlli piyada, velosipedçi və sürücülər üçün faydalı olacaq. Onlar ümid edirlər ki, istifadəçilər öz təhlükəsizliyi üçün sözügedən tətbiqi küçədə aktivləşdirəcəklər.

Milli.Az