"Forsaj"ın ulduzunun sevgilisi: "Ölənədək ona sadiqəm" - FOTO

5 Dekabr 2013 13:10
Azərbaycanda "Forsaj" adı ilə tanınan "Fast & Furious" kinosaqasının ulduzu, 40 yaşlı Pol Uolker avtomobil qəzasında həlak olandan sonra onun sevgilisi Jasmin Pilçerd-Qosnell ABŞ-ın Kaliforniya ştatındakı Santa-Barbara şəhərinə yollanıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 23 yaşlı Jasmin sevgilisi Uolkerin qəzada həlak olmasından sonra ilk dəfə aktyorun atası evinə gedib.

Avtomobildən ağlayaraq düşən Jasmini onun dostlarından biri qarşılayıb.


Hıçqıran Jasmin reportyorlara fikir verməyərək, ayaqyalın vəziyyətdə Uolkerlər ailəsinin evinə yönəlib.

23 yaşlı Jasmin Pilçerd-Qosnell və 40 yaşlı Pol Uolker 7 ildir ki bir yerdəydilər.


Jasmin aktyorla tanış olub ona vurulanda 16 yaşı vardı.

Onlar payızda ailə qurmağa hazırlaşırdılar.


Uolkerlər ailəsinin dediyinə görə, Jasmin mərhum sevgilisinin qızı, 15 yaşlı Medouya ögey ana olmaq istəyir.

O, bundan sonra ərə getməyəcəyini, ölənədək Pol Uolkerə sadiq qalacağını söyləyib.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Fotolar: Daily Mail