Berluskoni payını satır
9 Oktyabr 2010 09:40
"Corriere della Sera" bildirir ki, bu xəbərdən dərhal sonra "Mediaseti"in səhmləri Milan birjasında 1,5% bahalaşaraq 5,11 avroya çatıb.
Televiziya imperiyası üçün yeni səhmdarlar axtardığını Berluskoni ən yaxın əməkdaşlarına bildirib. "Mediaset"in səhmlərinin bir qismini Rusiyadakı investisiya fondları da satın almaq istəyirlər. Bu məsələ Berluskoninin Sankt-Peterburqa səfəri zamanı müzakirə edilib.
"Mediaset"in kapitalının 39%-nə nəzarət edən "Fininvest" fondunun rəsmi nümayəndələri rus investorların media qruplaşmasına daxil olma ehtimalını qətiyyətlə təkzib ediblər: "Belə iddiaları şərh etmirik, çünki onlar yalandır".
"Mediaset" qruplaşmasını Berluskoni 1978-ci ildə yaradıb. Az sonra qruplaşma ölkənin ən böyük kommersiya teleyayım şirkətinə çevrilib. "Mediaset" qruplaşması "Fininvest" holdinqinə daxildir. Həmin holdinqin səhmlərinin nəzarət paketi Berluskoniyə məxsusdur.
/Ekspress/