Milli.Az 4charx.com-a istinadən bildirir ki, Range Rover Sport daha təcavüzkar görkəm alması üçün aşağı hissədə onun kuzovuna aşağı hissəsində splitter olan yeni qabaq bamper, havalanma dəliklərinə işıq diodu hərəkət işıqları, enli təkər tağları, dörd qabırğalı diffuzorlu fərqli arxa bamper, sonluqları şaquli yerləşmiş paslanmayan metaldan hazırlanmış və səs tənzimləyici klapanla təchiz edilmiş qaz xaricetmə boruları əlavə ediblər.
Seriya modellə müqayisədə 25 millimetr aşağı endirilmiş asqı ilə birlikdə avtomobil hər iki oxda 285/35 ölçülü yüksək məhsuldar rezin geyindirilmiş Startech Monostar R və ya Monostar IV diskləri əldə edib.
Daxili staylinq üçün karbon elementlərdən, qırmızı kənarlı qara ayaqaltı xalçalardan, qapı kəndarlarının göy işıqlandırmalı qoyulmalarından və rezinlənmiş alüminium pedallardan istifadə edilib. Salonun dəbdəbəsi qırmızı tikişli nappa dərisi ilə xüsusilə nəzərə çarpır.
Startech emalatxanası öz məhsullarının hamısına üç il zəmanət və ya 100 000 kilometr istifadə təminatı verir.
Milli.Az