Milli.Az Auto.az-a istinadən bildirir ki, "Z51" paketinə banın əlavə aerodinamik elementləri, yüksək müqaviməti olan arxa elektron differensial, idman tənzimləmə asması və sükan idarəçiliyi daxildir. Avropada aktiv asma kimi, bütün bu opsiyalar standart təchizata daxildir.
Xüsusi versiya "Corvette"in ən güclü komplektasiyası üçün hazırlanıb. O, yaşıl rəngdədir və adi superkarlar üçün əlavə ödəmə ilə əldə edilə bilən "Z51" idman-paketi ilə təchiz edilir.
Bununla yanaşı, yenilik yenidən tənzimlənmiş qaz buraxma sistemi, uyğun "Magnetic Ride Control" asması, fərqli təkər diskləri, interyer işləməsində zamşadan elementlər və avtomobilin xüsusi modifikasiyaya məxsus olduğunu bildirən lövhəcik alıb.
Bundan əlavə, hər bir sifarişçi avtomobil ilə bərabər, həm də beş ədəd "Thule" çamadanından ibarət dəst alacaqdır. "Corvette"in xüsusi versiyada qiyməti 77450 dollardır. Yenilik gələn ilin əvvəllərində amerikan dilerlərinə çatacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.