Afrika vahid valyutaya keçir

1 Dekabr 2013 14:53

Burundi, Keniya, Ruanda, Tanzaniya və Uqanda eyni valyutaya keçmək üçün saziş imzalayıblar

Şərqi Afrika İcmasına daxil olan ölkələr - Burundi, Keniya, Ruanda, Tanzaniya və Uqanda eyni valyutaya keçmək üçün saziş imzalayıblar.

Anspress-in "RBK"ya istinadən verdiyi məlumata görə, Uqandanın paytaxtı Kampala şəhərində bağlanan saziş 10 il müddəti üçün nəzərdə tutulub.

Şərqi Afrika İcmasının yeni sədri, Keniya prezidenti Uxuru Keniata qeyd edib ki, yaradılan valyuta ittifaqı hər 5 ölkənin milli valyutasının dəyişdirilməsi zamanı toplanan məbləğ itkisini aradan qaldıracaq.

Milli.Az