Milli.Az ICTnews-a istinadən bildirir ki, Apple onun simsiz fərdi qurğuların istifadəsi ilə bağlı iki patentinin hüquqlarını pozub.
DSS şirkətində bildiriblər ki, Apple şirkəti Mac Mini, iPad, iPhone, iPod Touch, iPod Nano və hələ buraxılmayan Mac Pro modelinin istehsalında qanunsuz patentlər istifadə edib. Əsas qanun pozuntusu bir kanal vasitəsilə bir qurğudan digər qurğulara məlumatların ötürülməsində Bluetooth texnologiyasının istifadəsidir.
DSS-dən bildiriblər ki, oktyabrda qeyd edilən patentləri öncəki sahibindən alaraq istifadə hüququ əldə ediblər. İkinci patent az güclü Bluetooth qurğularının istehsalı ilə bağlıdır.
Rəsmi olaraq DSS bildirib ki, şirkət elmi araşdırma, patentləşdirmə və lisenziyalaşma ilə bağlı fəaliyyət həyata keçirir, lakin təcrübədə DSS kimi hüquq subyektləri patent trolları adlanırlar.
Milli.Az