Azərbaycanlı xaricdə "Tovuz" nömrəsi ilə gəzir - FOTO
30 Noyabr 2013 11:54
Sosial şəbəkələrdə Ukraynada yaşayan soydaşımızla bağlı maraqlı foto yayılıb
AzNews.az xəbər verir ki, diaspor nümayəndəsi olan həmin şəxs Azərbaycanın Tovuz rayonundan olduğu üçün avtomobilinin nömrə yerinə TOVUZ yazdırıb.
Qeyd edək ki, bunun üçün Ukraynada elə də böyük xərc tələb olunmur. İstənilən şəxs cəmi 3000 qrivna, yəni 300 AZN dövlət rüsumunu ödəməklə asanlıqla istədiyi sözü maşınının nömrə yerinə yazdıra bilər.