Yaxalıqlı papaqlar bu mövsüm dəbdə olmayacaq
Havalar soyuduqca insanlar yavaş-yavaş qış geyimlərini almağa başlayır. Seçimlər müxtəlif olduğu kimi zövqlər də müxtəlifdir. Elə buna görə də mağazaları rəngarəng, müxtəlif formalı geyimlər bəzəyir. Payız aylarında havanın küləkli və dəyişkən olduğunu da nəzərə alsaq, xüsusən, baş geyimlərinin də çox alındığını deyə bilərik. Müxtəlif papaqlar, kepkalar, qulaqcıqlar, bandanalar, yaylıqlı baş örtükləri məhz bu aylarda ən çox alınan geyimlər sırasındadır. Hər nə qədər əksər insanlar papaq sevməsə də, bundan imtina etsə də, nəticədə papaq payız və qış aylarının vazkeçilməz geyimidir.