Range Rover üçün kökləndi - VİDEO - FOTO

30 Noyabr 2013 22:17
Alman Hamann avtoemalatxanası mütəxəssisləri Britaniyanın Range Rover yolsuzluq avtomobili üçün hazırlanmış Mystere özəl kökləmə proqramını tamamladılar. Xoşbəxtlikdən, maşın öz çəhrayı xromlanmış görünüşündən məhrum olub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu ilin martında Cenevrə avtosalonunda Hamann inanılmaz göz qamaşdıran çəhrayı Range Rover nümayiş etdirdi. Avtomobil sanki, xüsusi olaraq Niki Minaj üçün hazırlanmışdı.

Tüner öz səhvini nəzərə alıb və modelin kuzovunu daha təcavüzkar tutqun tünd boz rənglə rəngləyib. Bundan başqa, dəbdəbəli Britaniya yolsuzluq avtomobili tam asmayla təchiz edilib.

Avtomobilin kapotu tamamilə karbondan istehsal edilib. Yeni yan ətəklər onun enini 80 millimetr artırıb. Həmçinin avtomobilin karbondan hazırlanmış qabaq qanadlarını, böyük səsboğanlarla birləşdirilmiş yeni arxa spoyleri və yoldan ara məsafəsini 40 millimetr azaldan asma üçün elektron modulu da qeyd etmək olar.

Range Rover Hamann versiyası böyük 23 düymlük tökmə disklərlə, həmçinin premium-klas dəri ilə üzlənmiş və alkantara, alüminium və paslanmayan poladdan elementlərlə təchiz edilmiş salonu ilə də lovğalana bilər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.