iPhone 5s üçün 500 nəfər

29 Noyabr 2013 23:15

Apple korporasiyası istehsal tərəfdaşı olan Tayvanın Hon Hai Precision Industry Co (Foxconn brendi) şirkətinin fəallığı sayəsində "iPhone 5s smartfon modelinin tədarük həcmini artırmağa nail olub.

Belə ki, indi bu smartfonun ABŞ və Çinin onlayn mağazalarında çatdırılma müddəti 3-5 iş gününədək azaldılıb, halbuki bir ay əvvəl alıcılar smartfonu əldə etmək üçün üç həftə gözləməli olurdular.

The Wall Street Journal nəşrinin məlumatına görə, Apple-ın mobil elektronikasının müqavilə əsasında yığılması ilə məşğul olan Foxconn şirkəti iPhone 5s konveyerlərinin işini gecə-gündüz dayandırmır. Sutkalıq istehsal sayəsində Apple brendli qabaqcıl telefonların gündəlik buraxılış həcmi 500 min ədədlik rekord həddə çatıb. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu qurğunun bir ədədinin buraxılışına əvvəlki modellərlə müqayisədə daha çox vaxt sərf olunur. Hazırda iPhone 5s istehsal xəttinə 600 nəfər işçi xidmət göstərir, halbuki iPhone 5c və iPhone 5 modellərinin bir xətdə yığılması ilə 500 nəfər məşğul olur. Foxconnun Çjençjou şəhərində yerləşən zavodunda iPhone 5s-in buraxılış prosesində müəssisənin 300 nəfər yaxın əməkdaşı iştirak edir.

Milli.Az