Beləliklə, Mozilla şirkətinin əməliyyat sistemi ilə işləyən qurğuların satıldığı dövlətlərin sayı 13-ə çatıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Firefox OS platforması ilə işləyən Alcatel One Touch smartfonunun satışları ilə məşğul olan Telenor operatoru deyib ki, 2014-cü ildə bu aparatlar Asiyada da satışa çıxarılacaq, lakin bu regionda konkret ölkələrin adı açıqlanmayıb.
Firefox OS ilə işləyən mobil qurğular oktyabrda Meksika, Peru, Uruqvay və Braziliyada satışa çıxarılacaq. O, həmçinin İspaniya, Kolumbiya, Venesuela, Polşa və Almaniya kimi ölkələrdə əlçatan olub.
Milli.Az