GUAM Aİ ilə birgə layihələrin həyata keçirilməsi üçün platforma ola bilər

29 Noyabr 2013 14:38
Vilnüsdə Şərq Tərəfdaşlığı Sammitindən sonra GUAM Aİ-GUAM birgə layihələrinin həyata keçirilməsi üçün platforma ola bilər. GUAM-a üzv olan ölkələrin XİN rəhbərləri belə hesab edirlər.

Trend-ə qurumun katibliyindən daxil olan məlumatda deyilir ki, xüsusilə söhbət energetika, nəqliyyat, ticarət, turizm, təhsil, beynəlxalq cinayətkarlıqla mübarizə sferalarında əməkdaşlığın perspektivlərindən gedir. Bu barədə cümə günü Vilnüsdə keçirilən sammitdə iştirak çərçivəsində GUAM-a üzv ölkələrin XİN rəhbərləri tərəfindən qəbul edilmiş birgə rəsmi məlumatda bildirilir.
 

XİN rəhbərləri, habelə Avropaya inteqrasiya prosesində GUAM-a üzv dövlətlərin nail olduqları irəliləyişi də qeyd ediblər.

Nazirlər GUAM dövlətlərinin beynəlxalq səviyyədə tanınmış suverenliklərinin və ərazi bütövlüklərinin təmin olunması üçün Aİ-nin dəstəyinin vacibliyini də vurğulayıblar.

XİN rəhbərləri bir daha qeyd ediblər ki, GUAM Aİ və qurumun prinsiplərini paylaşan digər tərəfdaşlarla əməkdaşlığa dəvət edən açıq təşkilatdır.

Milli.Az