Azərbaycanda körpələrini yalnız ana südü ilə qidalandıran analara çox az rast gəlinir. Artıq iş o yerə çatıb ki, uşağını pediatra aparan analar həkimin təyinatı üzrə müalicə ilə yanaşı, həm də körpələrinin qidasını da dəyişməli olurlar. Qısacası, əgər altı ay ərzində üç pediatra müraciət etmisənsə, deməli, bu süni qidaların markası üç dəfə dəyişib. Uşaqlara müxtəlif mənşəli süni qidaları vermək olarmı? Azərbaycanda satılan bu məhsullarla bağlı hansı problemlər var? Ailem.az bununla bağlı araşdırma aparıb."Həkim uşağa süni qida məsləhət görürsə, bu, onun savadsızlığını göstərir"