Bu da yeni Corvette - FOTO

29 Noyabr 2013 15:04
Chevrolet şirkəti əfsanəvi Corvette -in 60-illiyi şərəfinə buraxılacaq Corvette Stingray 2014 kabrioletinin xüsusi versiyasını təqdim edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Stingray Premiere Edition versiyası Corvette 3LT Convertible əsasında yığılıb. Avtomobil tünd yaşıl (Lime Rock Green-ə) rənglənmiş kuzova və mərkəzi papaqlarda Stingray loqosu həkk edilmiş unikal tökmə disklərə malikdir.

Sportkaranın dəbdəbəli interyeri Brownstone zamşası və karbonla işlənib. Maşınə fərdi nömrə ilə təchiz edilib v qapı kəndarlarına "Stingray" yerləşdirmələri bərkidilib.

Corvette Stingray Premiere Edition Convertible 2014 diler salonlarına $77.450 start qiyməti ilə növbəti ilin başlanğıcında çıxacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.