Tanış olun: Saleen SA-30 - FOTO

28 Noyabr 2013 21:37
Öz 30 illik yubileyinin bayram edilməsinin şərəfinə, seriya avtomobilləri əsasında eksklüziv sportkarlar yığmaqla məşğul olan Amerika şirkəti Saleen buraxılışa SA-30 masl karların məhdud seriyasını hazırlayır. Ford Mustang, Dodge Challenger və Chevrolet Camaro kult modelləri əsasında 30 maşın (hər markadan on ədəd) yığılacaq və hər birinin dəyəri minimum 95 000 dollar təşkil edəcək. Məşhur sazlama atelyesinin yeni işləri ilə birinci tanışlıq Los-Anceles beynəlxalq avtosalonu çərçivəsində oldu.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, müasir Amerika masl-karları kuzov üçün idman aerodinamik asmalar, işlənmiş qazları xaricetmə sisteminin başqa sonluqları və tündləşdirilmiş optika əldə ediblər. Bundan başqa tünerlər asqını yenidən qurmuş və güc aqreqatının məhsuldarlığını artırmışlar. Saleen mütəxəssisləri tərəfindən 5,0-litrlik V8 mühərrikinin işinə müdaxilədən sonra aqreqat ən güclü kupe 302 Mustang üçün 625 at gücü təmin edir.

Ayrıca ödəmə hesabına hər alıcı əlavə hazırlanmış tamamlamalar sifariş edə, həmçinin unikal təklifdən - Saleen Frost-Touch Glass panoram damından istifadə edə biləcək. Bu dam yalnız SA 30 302 Mustang üçün əlçatandır və yalnız bir düyməni basmaqla tamamilə şəffaf ola bilər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.