Citroen-dən xüsusi DS3 - FOTO

28 Noyabr 2013 23:23
Citroen Parisdə bütünlüklə DS premial sırasına həsr edilmiş DS World Paris şou-rumunu təntənəli surətdə açıb. Bu hadisənin şərəfinə Citroen DS3 heçbekin xüsusi versiyası hazırlanıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni avtomobil art-deko üslubunda icra edilib. Citroen DS3 DS World Paris kül rəngli-boz kuzov, qəhvəyi dam və güzgü korpusları və 17 düymlük yüngül lehimli disklər əldə edib. Heçbekin salonu daha dəbdəbəlidir: kreslolar, qabaq panel və sürətdəyişmə qutusu selektoru qəhvəyi Nappa dərisiylə işlənib. Bu mənzərəni taxta yerləşdirmələr tamamlayır.

Citroen DS3 DS World Paris xüsusi versiyasından cəmi 15 nüsxə hazırlanacaq və onların hər birinin üzərində fərdi nömrə həkk edilmiş lövhəciyi olacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.