Dmitri Medvedev Viktor Yanukoviçi təbrik etdi

9 Fevral 2010 16:53
Məlumatı RİA "Novosti" agentliyi Kremlin mətbuat xidmətinə istinadən yayıb. Dmitri Medvedev Viktor Yanukoviçi seçkilərdəki uğuru münasibətilə təbrik edib.

Ukraynada prezident seçkilərinin fevralın 7-də keçirilmiş ikinci turunun 99,91 faiz nəticələrinə görə, Viktor Yanukoviç səslərin 48,95 faizini toplayıb. Onun rəqibi, baş nazir Yuliya Timoşenkoya isə seçicilərin 45,48 faizi səs verib.

Milli.Az