Müəmmalı doğuş: ananın 10 yaşı var, yoxsa 19?

26 Noyabr 2013 12:42

İstanbulun Kartal səmtindəki xəstəxanaya dünən axşam yerli vaxtla saat 21 radələrində H.Ç. adlı pasient gətirilib. O, dərhal ginekologiya və doğuş şöbəsinə aparılıb. Pasiyent normal doğuş keçirib və oğlan dünyaya gətirilib.


Doğulmuş uşaq indi intensiv terapiya bölməsindədir, ana da ciddi müayinədədir. Fəqət, yeni ananın yaşı həkimləri şoka salıb.

Çünki onun sənədlərində təvəllüdü 05.01.2003 göstərilmişdi.


Milli.Az AHT-yə istinadən bildirir ki, həkimlər dərhal polisə xəbər veriblər.

Qızın türk dilində bilmədiyi də aydınlaşıb.


O, polisə verdiyi ifadəsində deyib: "Mardin vilayətində atamın ikinci arvadından doğulmuşam. 14 bacı-qardaşım vardı, onların 8-i bacılarımdı. Doğum şəhadətnaməm, sənədlərim yoxdu. Məni məktəbə də qoymadılar. Ötən il böyük qardaşım evləndi. Sonra da qardaşımın qaynı məni istədi. Məni S.-yə imam nikahı ilə verdilər. Çobandır, 23 yaşı var. Sonra toy oldu. Yoxsulluqdan Bursaya yollandıq, bir ay əvvəl İstanbula gəldik", - qız deyib.


Ş,Ç. yaşını dəqiq bilmir: "Hamilə olduğumu 5-ci ayda anladım. Yaşımı bilmirəm, amma anam "18 yaşın var" deyir. 18 yaşım olmadığını bilirəm".


H.Ç.-nin əri S.Ç. isə polisdə deyib: "Onun valideynləri məni aldatdılar. Daha doğrusu, atası mənə dedi ki, qızı 19 yaşdadır. Bu olayın cinayət olduğunu bilmirdim. Sonra ona sənəd alanda atasından bir daha soruşdum, "19 yaşı var" söylədi. Belə şey olar?! Arvadımın ən uzağı 11-12 yaşı var. Məni həbs etməyin. Həbs etsəniz, arvadım və uşağıma kim baxacaq? Arvadımın yaşını təyin edin. Bəlkə 19 yaşı var?"


Milli.Az