Bakıda tələbə özünü bu qıza görə öldürdü? - YENİLƏNİB - FOTO

26 Noyabr 2013 14:53
14:52

Bakı şəhərində tələbə oğlanın özünü öldürməyə vadar edən şəxsin kimliyi məlum olub. Səbail rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Asim Məmmədov sevdiyi qızdan rədd cavabı aldığında özünü öldürüb.

Türkiyədə yaşayan bir qızı sevən A.Məmmədovun həmin şəxslə dostluq münasibəti olub, sonra isə onu sevib. Asimin ölümündə isə qarşı tərəfin günahı olması sübuta yetirilməyib. Hazırda cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az A.Məmmədovun ölümündən əvvəl son sevgi məktubu yazdığı qızın kimliyini öyrənib. Həmin şəxs türk qızıdır. Asim onu sevsə də, bu hiss qarşılıqlı olmayıb. Hətta qızın valideynləri də bu münasibətə müsbət cavab verməyiblər.

A.Məmmədovun sevdiyi qıza yazdığı son məktubdan da qızın onun sevgisinə münasibətini müəyyən etmək olur: "Tamam. Senden başka cavap beklemiyordum zaten. Bütün bunları sadece olarak seni korkutmak için söyledigimi saniyorsunsa, bu gün akşam ve ya yarin Azeri basinina bak. Azerbaycan'da ünlü birisi sayilmaktayim, bana bişey olursa televiziyonu bilmem, ama gazeteler mutlaka yazacaklar. Kendine iyi bak. Elveda".

A.Məmmədovun yaxınları həmin qızın fotosunu da Milli.Az-a göndəriblər.

----------
09:29

Bakı şəhərində bir neçə gün əvvəl tələbə oğlunun axtarışına çıxan ananın intizarına son qoyuldu. Ancaq anaya çatdırılan xəbər onun gözləmədiyi qədər dəhşətli idi. Onun oğlunun Xəzər dənizindən şişmiş vəziyyətdə olan meyiti tapılıb.

Söhbət bir neçə gün əvvəl şəxsi Facebook profilində özünü öldürəcəyini yazaraq evdən getmiş Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədovdan gedir. Milli.Az-ın məlumatına görə, o, ötən şənbə günü saat 23 radələrində internet kluba getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.

Sonradan isə A.Məmmədov son sözlərini misralara töküb dostuna mesaj çəkmişdi:

"Aşuradan mənə nə?
Qiyamət qopdu mənimçün.
Minillik kimi keçməkdə hər saatım, hər günüm.
"Ümidim yox" dedikdə Varlığım geyindi qara
Çox asan görünür mənə
Həm Qiyamət, həm Aşura.
Deyil heç vecimə: Hücum edin şair-kafirə!
Ölüyə nə qorxu hücumdan?
Yalnız zərər yetişə kəfənə.

Bu şeir vəsiyyətimdir səndən başqa məni demək olar ki, heç kim başa düşmür. Bu həyat mənə xoşbəxt olmaq HAQQIMI tanımırsa, bir saniyə belə bu həyatda qalmaq istəmirəm! Gecən xeyrə qalsın, Qaqa. And içirəm ki, heç nə etməyəcəm. Mən ümid edirdim ki, heç olmasa sən mənim qərarımı anlayışla qarşılayacaqsan. Nə isə, boş ver. Sabah görərsən bütün qəzetlər, saytlar vay-şüvən salacaqlar ki "e bu nə dindar idi ki, intihar etdi?!" Amma vecimə də deyil".

Asim Məmmədov sevdiyi qıza da məktub yazmışdı: "Tamam. Senden başka cavap beklemiyordum zaten. Bütün bunları sadece olarak seni korkutmak için söyledigimi saniyorsunsa, bu gün akşam ve ya yarin Azeri basinina bak. Azerbaycan'da ünlü birisi sayilmaktayim, bana bişey olursa televiziyonu bilmem, ama gazeteler mutlaka yazacaklar. Kendine iyi bak. Elveda".

Bundan sonra A.Məmmədovdan səs-soraq çıxmayıb. Dünən isə onun meyiti Bakı bulvarında dənizdən sudan çıxarılıb.

Anar Məmmədov
Milli.Az


-----------
14:53

Böyütmək üçün şəkillərə klikləyin.



----------
09:29