Altı dəfə məhkum olunmuş gəncəlinin yeni cinayəti

9 Fevral 2010 16:48
Gəncə şəhər Nizami rayon Polis Şöbəsinin rəisi Ağahüseyn Məmmədovun Milli.Az xəbər portalına verdiyi məlumata görə, şəhər sakini Elçin Əliyevdən yarım kiloqrama yaxın həşiş aşkar olunub.

E.Əliyev əvvəllər cinayət əməlinə görə 6 dəfə məhkum olunub.

Faktla bağlı Nizami rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az