Bakıda böyük prospektin ətrafı sökülür - FOTO

26 Noyabr 2013 01:00
Bakının köhnə qəsəbələrindən biri tarixə qovuşmaq üzrədir. Milli.Az-ın məlumatına görə, Dərnəgül yolu kimi tanınan Ziya Bünyadov prospektinin ətrafı sökülür.

Yol kənarındakı obyektlər və evlər sökülərək ərazi təmizlənir. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, söküntü Ziya Bünyadov prospektinin genişləndirilməsi məqsədilə aparılır. Onun sözlərinə görə, söküntüdən sonra prospekt xeyli genişlənəcək.

Qeyd edək ki, Z.Bünyadov prospekti yenidən qurulur. Prospekt boyu bir neçə tunel və yol ötürücü qovşaq inşa olunur.

Anar Məmmədov
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Ceyhun Ələkbərov