L.Syandunun işi ilə bağlı məhkəmə dinləmələri noyabrın 22-də keçirilib.
Məhkəmə müəyyən edib ki, müttəhim 2003-2011-ci illər arasında rüşvət alıb. Onun aldığı pulların ümumi məbləği 25 milyon yuan (təxminən 4,1 milyon dollar) təşkil edib. İşlə bağlı araşdırmalara 2012-ci ilin əvvəlində - keçmiş top-menecerin mobil operatorun marketinq əməliyyatları və kontent biznesinə rəhbərlik etdiyi zaman başlanıb.
"L.Syandunun almağa razılaşdığı rüşvətin məbləği son dərəcə yüksəkdir və cinayətin mahiyyətini nəzərə alaraq ona verilən cəza çox yüngül hesab edilir, çünki qərar çıxarılarkən onun törətdiyi əməli etiraf etməsi və qanunsuz aldığı pulların bir hissəsini qaytarması faktları nəzərə alınıb", - agentlik yazır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, L.Syanduna qarşı çıxarılan qərar cari ilin martında hakimiyyətə gələn Çin prezidenti Si Tzinpinin ölkədə apardığı antikorrupsiya əməliyyatlarının nəticələrindən biridir.
"China Mobile" Çinin aparıcı mobil rabitə şirkəti və abunəçi bazasının sayına görə dünyanın ən böyük operatorudur. Şirkətin abunəçi bazasının sayı 760 milyon təşkil edir.
Milli.Az