Google-un direktoru: "iPhone-dan Android-ə keçin"

26 Noyabr 2013 22:57
Google-un Direktorlar şurasının sədri Erik Şmidt iPhone-dan Android-ə keçid haqqında təlimat yazıb. İş adamının məsləhətləri onun Google+ səhifəsində dərc edilib.

iPhone-dan istifadə edən bir çox dostlarım Android platformasına keçirlər. Samsung, (Galaxy S4), Motorola (Verizon Droid Ultra) və Nexus 5-in (AT&T, Sprint, T-Mobile) qabaqcıl smartfonlarının son modelləri ən yaxşı ekranlarla təchiz edilib və daha sürətli işləyir və onların interfeysi daha rahatdır - Şmidt deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Google-un direktorunun fikrincə, yuxarıda adı çəkilən qurğular iPhone sahibinə yeni ilə çox gözəl hədiyyədir.

Fərdi kompüterdən Mac sisteminə keçən insanlar kimi siz də iPhone-dan Android platformasına keçdikdən sonra heç vaxt əvvəlkinə qayıtmaq istəməyəcəksiniz - Şmidt deyib. O bildirib ki, son araşdırmalara əsasən, dünyada Android istifadəçilərinin sayı 80%-ə çatıb.

Şmidt öz təlimatında, məsələn, SİM kartı necə daxil etmək, lazımi tətbiqləri tapmaq, kontaktları import etmək və musiqini sinxronlaşdırmaq kimi məsələləri izah edir.


Milli.Az