Amazon yeni Kindle hazırlayır
25 Noyabr 2013 22:39
TechCrunch nəşrinin məlumatına görə, Amazon şirkəti artıq gələn ilin əvvəlində növbəti dəfə Kindle qurğular xəttini təkmilləşdirmək niyyətindədir. Yeni Kindle Paperwhite qurğusunun iki ay əvvəl çıxarılmasına baxmayaraq, şirkətin insayderləri iddia edirlər ki, artıq 2014-cü ilin ikinci rübündə yeni Paperwhite çıxarılacaq ki, onun ekranının təsvir ölçüsü 300 ppi təşkil edəcək. Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni ekran sayəsində Paperwhite rideri Kobo Aura HD cihazına birbaşa rəqib olacaq, sonuncuda ekranın təsvir ölçüsü 265 ppi təşkil edir və o, hazırda ən yüksək təsvir ölçülü ixtisaslaşdırılmış rider hesab edilir. Bu ilin oktyabrında çıxarılmış Kindle Paperwhite riderində ekrandakı piksellərin sıxlığı 212 ppi təşkil edir.
Milli.Az