"Avtovağzal" metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı

23 Noyabr 2013 15:30
"Bakı Metropoliteninin Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində stansiyasının tikintisi başa çatmaq üzrədir".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Metropoliten rəisi Tağı Əhmədov bildirib.

T.Əhmədov qeyd edib ki, hazırda tamamlanma işləri gedir: "Planımıza görə, işlər belə davam edərsə, stansiya Heydər Əliyevin 91 illiyi münasibətilə may ayında istifadəyə veriləcək".

Milli.Az