Milli.Az Auto.az-a istinadən bildirir ki,Yenilik 2013-cü ilin martında Nyu-York avtosalonunda təqdim edilmiş eyniadlı konsept "WRX"-in təcəssümü olacaq. Seriyalı avtomobil ondan təcavüzkar görünüşlü bamperlə, yeni radiator barmaqlığı və fənərlərlə fərqlənir.
Rəsmi tizerlə yanaşı, şəbəkələrdə yeni "Subaru WRX"-in mükəmməl şəkilləri də yayılıb. Şəkilləri "Jalopnik" portalı nəşr edib. Onların rəsmi surətdə təsdiq olunmamalarına baxmayaraq, çox güman ki, yenilik məhz belə görünəcək.
"Subaru WRX"-in texniki xarakteristikaları barədə rəsmi məlumat yoxdur. İlkin məlumatlara əsasən, sedan 265 a.g. olan 2.5-litrlik 4-silindrli mühərriklə təchiz ediləcək.
"Subaru WRX" ilə yanaşı, Yaponiyanın avtomobil istehsalçısı Los-Ancelesdə hələlik adı məlum olmayan yeni konsept də göstərəcəyinə söz verib.
Milli.Az