Bu da tam yeni Mercedes-Benz - VİDEO - FOTO

23 Noyabr 2013 20:38
Los-Anceles motor-şousunda Mercedes-Benz şirkəti yeni GLA AMG krossoverini təqdim etdi. Avtomobil A-Class və sedan CLA heçbek ilə eyni mühərriki bölüşəcək. Söhbət 360 at gücü hasil edən 2,0-litrlik turbo mühərrikdən gedir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, A-Class ilə müqayisədə yeni modelin yerindən 100 km/saata qədər sürətlənmə vaxtı bir qədər artaraq 4,6 saniyəyə qarşı 5 saniyə olub. Zahirən yeni model iri radiuslu tökmə diskləri və AMG firma aerodinamik asmasıyla fərqlənir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.